Türkiyədə qanunsuz miqrasiya əməliyyatı: 273 nəfər tutulub | VİDEO

   Türkiyədə qanunsuz miqrasiya əməliyyatı:    273 nəfər tutulub | VİDEO
  11 İyun 2025    Oxunub:763
Türkiyənin 51 vilayətində, o cümlədən İstanbul və İzmir şəhərlərində son iki həftə ərzində həyata keçirilən əməliyatlar nəticəsində 273 qanunsuz miqrasiya təşkilatçısı, eləcə də 1022 qanunsuz miqrant yaxalanıb.
Bu barədə Türkiyəni daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat yayıb. O vurğulayıb ki, əməliyyat Miqrasiya İdarəsi və Təhlükəsizlik Baş İdarəsinin rəhbərliyi ilə baş tutub. Saxlanılan qanunsuz miqrasiya təşkilatçılardan 98-nə məhkəmə tərəfindən həbs hökmü çıxarılıb. Hazırda digərlərinin işi üzrə istintaq aparılır.

Nazirin sözlərinə görə, qanunsuz miqrantların isə öz ölkələrinə deportasiya prosesinə başlanılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   miqrasiya   əməliyyat  



Xəbər lenti